8 Dekabr 2014 22:08
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi axtarışa verməkdən imtina edib.

Teleqraf.com-un UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın Baş prokuroru Vitali Yaryoma bəyan edib.

“Onlar rəsmi olaraq bizim sorğularımızı cavablandırmırlar. Biz onlara materiallar göndəririk, onlar isə susurlar. Danışıqlarda isə bizə deyirlər ki, Yanukoviçin axtarışı siyasi təqib mahiyyəti daşıyır”, deyə Yaryoma bildirib.

Qeyd edək ki, Ukrayna Baş prokurorluğu Viktor Yanukoviç və ona yaxın məmurlara qarşı 30-dan artıq cinayət işi açıb.


Müəllif:

Oxşar xəbərlər