2 Oktyabr 10:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanda Milli Məclisə (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri başlayıb.

Teleqraf.com xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 20:00-da başa çatacaq.

Ölkə ərazisində təxminən 12 min seçki məntəqəsi, dünyanın 62 ölkəsində isə 755 seçki məntqəsi fəaliyyət göstərir.

Bolqarıstanda səsvermə hüququna təxminən 6,6 milyon vətəndaş malikdir. Lakin səsvermədə 2,5 milyon nəfərin iştirakı gözlənilir.


Müəllif: Teleqraf.com