2 Oktyabr 2022 21:19
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə Almaniyada Vildflecken hərbi poliqonunda təlim keçən Ukrayna hərbçiləri kəşfiyyat PUA-sı tərəfindən izlənilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Business Insider" portalı məlumat yayıb.

Almaniya Müdafiə Nazirliyi Bavariya ilə Hessen sərhədində hərbi poliqonun bilavasitə yaxınlığında pilotsuz təyyarələrin aşkarlanmasından sonra polisin əməliyyat keçirildiyini və araşdırmanın davam etdiyini təsdiqləyib.

"Business Insider" təhlükəsizlik mənbələrindən təlim meydançasının yaxınlığında ən azı on pilotsuz təyyarənin olduğunu öyrənib. Eyni zamanda, “ictimaiyyət üçün heç bir təhlükənin olmadığı” iddia edilir.

Ukrayna hərbçilərinin ehtimal olunan müşahidəsinin arxasında kimin dayandığını Nazirlik açıqlamayıb.


Müəllif: Teleqraf.com