“Rusiya ordusunun döyüş meydanında bir sıra məğlubiyyətlərindən sonra Vladimir Putin Ukraynaya hərbi yardımın paylandığı yerlərə hücum əmri verə bilər. Bu, hətta Polşadakı hava limanları da ola bilər”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Konqresinin üzvü, Kəşfiyyat komitəsinin nümayəndəsi senator Marko Rubio CNN-ə deyib.
“Əgər Vladimir Putin qərara gəlsə ki, məsələn, NATO-nun, Avropanın və ABŞ-ın Ukraynanı silahlandırmaq onun təkcə müharibəni uduzmasına gətirib çıxarmayacaq, həm də hakimiyyəti üzərində nəzarətini sarsıdacaq, bu halda mümkündür ki, Polşa daxil olmaqla, bu təchizatların daxil olduğu paylama məntəqələrindən bəzilərini vura bilər”, - Rubio izah edib.
Senatorun sözlərinə görə, NATO ölkəsinin ərazisinə, məsələn, Polşanın hansısa hava limanına hücum ehtimalı onu indi çoxlarının danışdığı nüvə zərbəsi ehtimalından daha çox narahat edir.
O əlavə edib ki, indi Rusiya ordusunun aşağıdakı hərəkətləri üçün iki variantı var: onlar artıq ələ keçirilən ərazini saxlamağa çalışırlar və bu, illərlə davam edə bilər.