“Moskva lideri çarəsizdir və Putin Ukraynada nüvə silahından istifadə edərsə, ABŞ rus əsgərlərini məhv edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru David Petreus deyib.
“Türkiyənin davranışları dərin narahatlıq doğurur, lakin onlarla münasibətlərimizdə strateji səbir lazımdır” deyən Petreus bu dəfə Moskvanın davranışlarını tənqid edib:
“Putin nüvə silahından istifadə edərsə, ABŞ və müttəfiqləri Ukraynadakı rus əsgərlərini və texnikasını məhv edəcək, onların Qara dənizdəki gəmiləri batacaq. İndi biz kağız üzərində danışırıq, lakin belə bir halda biz birlikdə NATO-ya rəhbərlik edəcəyik və Rusiyanın Ukrayna və Krımda silahlarını məhv edəcəyik".
Petreus Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə NATO-nun 5-ci maddəsinin qüvvəyə minməyəcəyini də vurğulayıb:
“Ancaq radiasiya NATO üzvü olan ölkələrə çatarsa, o zaman 5-ci maddə tətbiq oluna bilər”.
Qeyd edək ki, Türkiyə ilə ABŞ arasında böyük böhran olan (türk əsgərlərinin başına çuval keçirilməsi) zamanı Şimali İraqda oturan Petreus Türkiyə ilə bağlı tez-tez fərqli açıqlamalar verib. Petreus bəzi dövrlərdə Türkiyəni tərifləyib, bəzi dövrlərdə isə tənqid edib.