3 Oktyabr 2022 22:24
1 597
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ riyakarcasına Rusiyanı Ukraynaya guya səbəbsiz hücumda ittiham edir, amma dünyanın müxtəlif regionlarında öz hərbi gücündən istifadə etdiyini dilinə gətirmir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Rusiyanı birbaşa olaraq Ukraynaya qarşı əsassız təcavüzdə ittiham edən ABŞ ikiüzlü şəkildə bildirir ki, guya biz demokratiya yoluna qədəm qoymuş qonşu ölkəyə hücumumuzu ört-basdır etmək üçün uydurma təhlükədən istifadə edirik”, - nazir söyləyib.

Lavrov bildirib ki, ABŞ dünyanın müxtəlif bölgələrində “barmağından sorduğu bəhanələr”lə hərbi güc tətbiq etməkdən heç vaxt çəkinməyib, bunu “Amerika vətəndaşlarının təhlükəsizliyi” üçün etdiyini iddia edib.

Rusiyalı nazir ABŞ-ın Haiti, Dominikan və Panama işğalını, Vyetnam, Yuqoslaviya, İraq və Liviyadakı müharibələrini xatırladıb.

“Birləşmiş Ştatların bu və digər aqressiv davranışlarını pisləyən BMT Baş Assambleyasının qətnamələrinə amerikalılar tərəfindən sadəcə məhəl qoyulmur”, - Lavrov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər