Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsində son proseslər müzakirə olunub.
Eyni zamanda Türkiyə-Rusiya münasibətlərini yaxşılaşdıracaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ərdoğan görüş zamanı Ukrayna məsələsinin hamının xeyrinə sülh yolu ilə həlli üçün əllərindən gələni etməyə hazır olduqlarını bir daha vurğulayıb.