Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis prezident Ərdoğanın “Bir gecə qəfil gələ bilərik” sözlərinə reaksiya verib.
Teleqraf.com xəbər verir ki, baş nazirin sözlərinə görə, ümid edirəm suverenliyimizi şübhə altına almağa yönəlmiş bu qəbuledilməz ritorikaya son qoyulacaq.
Türkiyənin müttəfiq tapmayacağına ümid edən Miçotakis əlavə edib ki, bəzən bunu ictimaiyyət qarşısında söyləmək yaxşıdır: “Hökumətim və mən heç bir sualın cavabsız qalmasına imkan verməyəcəyik. Biz Avropa ailəsində belə işləyirik. Yəqin ki, bu fikir mübadiləsi ola bilər. Mən inanmaq istəyirəm ki, biz müzakirə masasına qayıda bilərik. Türkiyə başa düşməlidir ki, Aİ ilə məhsuldar münasibət qurmaq istəyirsə, iddia etdiyi kimi, kursunu dəyişməlidir. Bu yolda qaldıqca, Avropada heç bir müttəfiq tapmayacaq”.
Türkiyəyə qarşı sanksiyaların masada olub-olmaması ilə bağlı sualı cavablandıran Miçotakis, Türkiyənin bəzi qırmızı xətləri keçdiyi təqdirdə AB-nin qərar çərçivəsinin olduğunu deyib: “Beləliklə, bir çərçivə var və ümid edirəm ki, sanksiyaları tətbiq etmək məcburiyyətində qalmayacağıq”.