ABŞ və Qərb koalisiyasının Suriyadakı hərbi bazası raket atəşinə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Raket kompleksin daxili hissəsini vurmayıb. Heç bir ABŞ və ya müttəfiq qüvvələr ölməyib və ya xəsarət almayıb. Hansısa obyekt və ya avadanlıq zədələnməyib", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Türkiyənin İraqın şimalındakı hərbi bazası da raket hücumuna məruz qalıb.