9 Oktyabr 2022 15:29
1 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın Egey dənizindəki qeyri-hərbi statuslu adaları Türkiyəyə qarşı silahlandırmasına məhəl qoymayan ABŞ sosial şəbəkələrdə də Afinanın təxribatçı addımlarına dəstək verir.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Afinadakı səfirliyi sosial şəbəkədəki son təxribatçı paylaşımı Vaşinqtonun Türkiyəyə qarşı Yunanıstanın yanında olduğunu göstərir.

ABŞ səfirliyi təyyarədaşıyan gəmilərin fotolarını sosial şəbəkədə paylaşaraq qeyd edib:

“Birlikdə yaxşı gedən iki şey: Yunanıstanın təbiəti və Amerikanın gücü”.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, ermənipərəst senator Bob Menendez də Yunanıstanı dəstəklədiyini bildirib:

“Yunanıstan və Türkiyə arasında bitərəf olsaydıq, ABŞ-ın Yunanıstandakı izini genişləndirəcək böyük bir “Hərbi Təhlükəsizlik Əməkdaşlıq Sazişi” imzalamazdıq”.

Qeyd edək ki, bundan əvvəl Egeydə uçuşlar həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə məxsus PUA-lar Yunanıstanın iki desant gəmisinin Midilli və Sisam adaları istiqamətində getdiyini aşkarlayıb. Gəmilərin Midilliyə 23, Sisama isə 18 ədəd taktiki zirehli texnika çatdırdığı məlum olub.

Hər fürsətdə boş bəhanələrlə Türkiyəni ittiham edən ABŞ Yunanıstanın bu təxribatçı və beynəlxalq hüquqa məhəl qoymayan addımlarını sükutla qarşılayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər