11 Oktyabr 2022 12:15
2 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstan-Türkiyə gərginliyi ABŞ-ın yunan ərazilərində hərbi bazalar qurması ilə daha da yüksəlib.

Teleqraf.com xəbər verir ki, gərginliyin pik həddə çatdığı vaxtda ABŞ-ın Afinadakı səfirliyi Amerikanın ilin sonuna qədər Yunanıstana 1200 zirehli texnika göndərməyi planlaşdırdığını açıqlayıb.

Bununla yanaşı, ABŞ-ın Yunanıstan Silahlı Qüvvələrinə hədiyyə etdiyi M1117 tipli zirehli maşınlara qeyri-hərbi statusda olan Saqqız adasında baxış keçirilib.

Məlumata görə, ağır texnikalar adada keçirilən təlimə cəlb olunub.

Saqqız adası 1923-cü il Lozanna sülh müqaviləsinə uyğun olaraq qeyri-hərbi statusdadır. Amma Yunanıstan adanın statusunu pozaraq burada bir neçə hərbi baza tikib.

Adada yerləşdirilən hərbi hissələr vaxtaşırı təlimlər keçirir.

Yunanıstan donanmasının desant gəmilərinin ABŞ-ın yunan ordusuna verdiyi hərbi texnikaları qeyri-hərbi statuslu Midilli və Sisam adalarına göndərdiyi anlar Türkiyə PUA-ları tərəfindən görüntülənib. Yunanıstan Midillidə 23, Sisamda isə 18 zirehli texnika yerləşdirib.

Rəsmi Ankara baş verənləri Yunanıstanın Türkiyəyə yaxın adaları silahlandırmaqda davam etməsi və adaların statusunu pozduğunun ən bariz göstəricisi kimi qiymətləndirib və bu təxribatçı addımlarını qəbuledilməz adlandırıb. Yunanıstanın mövcud anlaşmaları pozması Türkiyədə müxtəlif səviyyələrdə müharibə səbəbi kimi də şərh olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər