ABŞ prezidenti Co Bayden CNN telekanalına müsahibəsində deyib ki , OPEC+ neft hasilatının azaldılması qərarından sonra Vaşinqton və Ər- Riyad arasında münasibətlərə “yenidən baxmağa” ehtiyac var.
Teleqraf.com xəbər verir ki, Bayden Səudiyyə Ərəbistanının da Rusiya kimi etdiklərinin nəticələri ilə üzləşəcəyini qeyd edib. Amerika lideri Vaşinqtonun necə cavab verməyi planlaşdırdığı barədə təfərrüatlara varmayıb.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Robert Menendes ərəfəsində OPEC+ neft hasilatını azaltmaq qərarından sonra Səudiyyə Ərəbistanına silah tədarükünü dayandırmağı təklif edib.
Oktyabrın 5-də OPEC+ ölkələri gündəlik neft hasilatını 2 milyon barel azaltmağa səs verib. Ağ Ev Baydenin qərardan məyus olduğunu bildirib.