BMT Təhlükəsizlik Şurasının son iclasında Rusiyanın Ukrayna ərazisində keçirdiyi “referendumlar” müzakirə edilib.
Teleqraf.com xəbər verir ki, üzv dövlətlər Ukrayna ərazilərinin “qanunsuz ilhaq cəhdlərini” rədd edib.
Məsələyə Avropa Şurasının katibi Şarl Mişel də münasibət bildirib.
Beynəlxalq ictimaiyyət Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq cəhdini çoxluqla rədd edir. Suverenliyin və ərazi bütövlüyünün qorunması BMT Nizamnaməsinin əsasını təşkil edir” – deyə siyasətçi Tvitterdə bildirib.