13 Oktyabr 2022 09:58
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen ölkədəki etirazlara görə İrana qarşı sanksiyaların tətbiq edilməsinin vaxtının yetişdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Leyen İrandakı dini-siyasi rejimi insanlara qarşı zorakılığı dayandırmağa çağırıb.

“Zorakılığa “dur” deməliyik. Qadınlar seçim edə bilməlidirlər. Qadınlara qarşı zülmə görə məsul olanları məsuliyyətə cəlb etməliyik. Hesab edirəm ki, məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq etməyin vaxtı çatıb. İran xalqına qarşı sarsıdıcı zorakılıq cavabsız qala bilməz”, - Aİ rəsmisi deyib.

Avropa Parlamenti də ötən həftə İranda baş verən hadisələrlə bağlı qətnamə layihəsini qəbul edərək, Tehranda Məhsa Əmininin qətli ilə bağlı qərəzsiz araşdırma aparılmasını və həbs olunan nümayişçilərin azad edilməsini tələb edib. AP birliyi Məhsanın ölümündə günahkar olanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər