Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Aleksandr Venediktov Ukraynanın NATO-ya qəbul edilməsinin 3-cü Dünya Müharibəsinə səbəb ola biləcəyini bildirib.
Teleqraf.com xəbər verir ki, bunu o, rəsmi TASS xəbər agentliyinə deyib:
“Kiyev belə bir addımın III Dünya Müharibəsinə səbəb olacağını yaxşı bilir. Görünür, məqsədləri informasiya çirklənməsi yaratmaqla diqqəti özlərinə çəkməkdir”.
Venediktovun fikrincə, Qərb Ukraynaya kömək etməklə özünü münaqişə tərəfi kimi aparır.
Prezident Vladimir Zelenski sentyabr ayında Rusyanın dörd ərazini ilhaq etməsindən sonra NATO-ya üzvlüyün sürətləndirilməsi üçün müraciət edib.