14 Oktyabr 2022 21:39
2 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin Rusiyaya qarşı sektoral və şəxsi sanksiyaları Avropa ölkələri ilə ikitərəfli münasibətlərin tamamilə pozulmasına səbəb olub.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Sektoral və şəxsi sanksiyalar bir çox Avropa dövlətləri ilə ikitərəfli münasibətlərin tamamilə pozulmasına səbəb olub. Ticari, iqtisadi və biznes əlaqələri bizim xəttimizlə deyil, digər tərəfdən bağlanıb. Qərbin irəli sürdüyü siyasi səbəblərdən şirkətlərin Rusiya bazarından kütləvi çıxışı təhrik edilib, sənaye, elm, təhsil, idman sahələrində qarşılıqlı fəaliyyət, transsərhəd əməkdaşlığı dayandırılıb”, - Rusiya rəsmisi söyləyib.

Zaxarova vurğulayıb ki, NATO və Avropa Birliyinin çətiri altında olan Qərb dövlətlərinin anti-Rusiya kursu siyasi dialoqun davam etdirilməsinə ciddi əngəl yaradır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər