10 Dekabr 2014 07:29
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Georgian Airways aviaşirkəti işçilərin tətili səbəbindən dekabrın 10-dan etibarən Moskvaya birbaşa uçuşları dayandırıb. Teleqraf.com-un “İmedi”-yə istinadən verdiyi xəbərə görə, tətil şirkətin texniki xidmətləri tərəfindən elan edilib.

Onların narazılığına səbəb isə Rusiya aviaşirkətlərinin ölkəyə uçuşlarının sayına Gürcüstan Mülki Aviasiya Agentliyi tərəfindən heç bir məhdudiyyət qoyulmaması olub.

Məlumata görə, hökumət Rusiya və Gürcüstan aviadaşıyıcıları arasında qeyd olunan marşrut üzrə paritet tətbiq etməyə planlaşdırır.


Müəllif:

Oxşar xəbərlər