18 Oktyabr 2022 10:44
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna silahlı qüvvələri Xarkov və Donetsk vilayətlərinin 6 yaşayış məntəqəsi ərazilərində Rusiya qoşunlarının hücumlarını dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Son sutka ərzində Müdafiə Qüvvələrinin bölmələri Xarkov vilayətinin Berestov, Donetsk vilayətinin Baxmut, İvanqrad, Klişivka, Pervomaysk və Marinka yaşayış məntəqələri ərazilərində işğalçıların hücumlarını dəf edib”, - məlumatda deyilir.

Baş Qərargah həmçinin bildirib ki, Müdafiə Qüvvələrinin Hərbi Hava Qüvvələri ötən gün ərzində rus ordusunun mövqelərinə 22 zərbə endirib.

“Silah və hərbi texnikanın cəmləşdiyi 18 ərazinin, bir dayaq məntəqəsinin, həmçinin düşmənin zenit-raket komplekslərinin 3 mövqeyinin vurulduğu təsdiqlənib. Hava hücumundan müdafiə bölmələri 3 qanadlı raketi vurub”, - Baş Qərargah vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu