İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Ermənistana rəsmi səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Məlumata görə, Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşəcək.
Abdullahianın Ermənistanın Baş naziri Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla da danışıqlar aparacağı nəzərdə tutulub.
İran XİN başçısı sabah Qafanda İranın Baş konsulluğunun açılış mərasimində iştirak edəcək.