Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranı Rusiya-Ukrayna müharibəsi ilə bağlı balanslaşdırılmış siyasətdən əl çəkməyə çağıran əleyhdarlarını tənqid edib.
Teleqraf.com xəbər verir ki, o bu barədə Ərdoğan Malatya vilayətində bir sıra obyektlərin açılışında çıxışı zamanı danışıb.
O bildirib ki, Türkiyənin balanslaşdırılmış siyasəti bütün dünyada bəyənilib.
"Tənqidlərin arxasınca getsəydik, bu gün avropalılar kimi qarşıdan gələn qışdan necə sağ çıxacağımızı düşünməli olardıq. Lakin Ankara başqa yol seçib və bizim qazla bağlı problemimiz yoxdur”- Türkiyə Prezident bildirib.