25 Oktyabr 2022 18:29
4 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” muzdlu hərbi qrupunun yaradıcısı Yevgeni Priqojin Putinə Ukraynadakı müharibənin gedişi ilə bağlı həqiqəti söyləməyə cəsarət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Washington Post” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Mənbə iddia edir ki, Priqojin şəxsən Putinə generalların döyüş əməliyyatlarında uğursuzluğa düçar olduqlarını deyib. İş adamının son bir ayda ictimaiyyətə verdiyi açıqlamalara diqqət edəndə bu, kifayət qədər məntiqli görünür.

“Bu, həm də bir neçə aylıq döyüş səhvləri və itkilərindən sonra Priqojin və başqalarının kəskin tənqidinə məruz qalan Rusiya müdafiə qurumunun formal rəhbərliyinin sarsıntılı mövqeyini vurğulayır”, - ABŞ mediası qeyd edib.

Bundan əvvəl analitiklər Priqojinin təsirini artırdığını və bir müddət sonra Putinin hakimiyyətini təhdid edə biləcəyi barədə iddialar irəli sürmüşdülər.

Nəşr qeyd edir ki, Priqojinin ilk növbədə Rusiya müdafiə strukturunda daha böyük nüfuz qazanmağa yönəlib, yoxsa özü və ya yaxınları üçün böyük siyasi ambisiyaları varmı, aydın deyil.

Xatırladaq ki, bir müddətdir Yevgeni Priqojin və Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Federasiyasının Müdafiə Nazirliyini, xüsusən də idarənin rəisi Sergey Şoyqunu tənqid etməyə başlayıblar.

Ekspertlər hesab edir ki, bu yaxınlarda Ukraynaya qarşı müharibənin rəhbəri təyin olunan general Surovıkin Priqojinin adamıdır.


Müəllif: Nemət

Oxşar xəbərlər