26 Oktyabr 2022 00:56
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SpaceX” kosmik texnologiya şirkətinin prezidenti İlon Mask 28 oktyabr tarixinə qədər Tvitter rəhbərliyi ilə müqavilə bağlamağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Blumberq məlumat yayıb.

Məlumata əsasən, milyarder iş adamı bunu sövdələşmənin maliyyələşdirilməsinə kömək edən bankirlərlə videokonfrans zamanı deyib.

Bildirilib ki, banklar kredit müqaviləsini tamamlayıb və sənədlər imzalanma mərhələsindədir.

Qeyd edək ki, bu ilin aprel ayında tviter rəhbərliyi biznesmen İlon Maskın sosial şəbəkəni 44 milyard dollara almaq istədiyini elan edib. Sonra Maskın vəkilləri şirkətə sosial şəbəkəni almaqdan imtina etdiklərini bildirib. Tviter isə Maskı öhdəliklərini yerinə yetirməyə məcbur etmək üçün məhkəməyə müraciət edib. Oktyabrın 4-də isə "Bloomberg" Maskın müqaviləni yeniləmək qərarına gəldiyini açıqlayıb.

Müqavilənin isə oktyabrın 28-ə kimi bağlanacağı gözlənilir.


Müəllif: Teleqraf.com