26 Oktyabr 2022 08:29
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın yeni baş naziri Rişi Sunak və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə çərşənbə axşamı R.Sunakın mətbuat xidmətindən bildirilib.

Baş nazir bildirib ki, Britaniyanın Ukraynaya dəstəyi güclü olaraq qalacaq və Zelenski Britaniya hökumətinin Ukrayna ilə həmrəylik nümayiş etdirməyə davam edəcəyinə ümid edə bilər.

Sunak həmçinin nüvə təhlükəsizliyi və şəffaflıq naminə, eləcə də hər hansı dezinformasiyanın təkzib edilməsi üçün AEBA-nın Ukraynadakı işinin vacibliyini vurğulayıb.

Baş nazir bu vəzifəyə təyin olunması münasibətilə təbrikə görə Ukrayna prezidentinə təşəkkür edib və yaxın zamanda şəxsən görüşəcəklərinə ümid etdiyini söyləyib.


Müəllif: Teleqraf.com