26 Oktyabr 2022 12:54
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada müharibə tam sürətlə davam edərkən Rusiya ilə bağlı diqqətçəkən bir iddia ortaya çıxıb. Britaniyanın “Bellingcat” tədqiqat təşkilatı Rusiyanın gizli qrupunu ifşa edib. Beləliklə də Rusiyanın Ukraynaya hücumlarının arxasında duran adlar ortaya çıxarılıb.

Teleqraf.com xatırladır ki, Ukraynanın əks-hücumu davam edərkən, Rusiya Kiyev qüvvələrinin hücumuna hava zərbələri ilə cavab verir.

Mülki obyektləri və ölkənin enerji infrastrukturunu hədəf alan bu hücumların arxasında duran bölmənin kimliyi isə açıqlanmır.

Britaniyanın “Bellingcat” tədqiqat təşkilatı Rusiyanın bu məxfi bölməsinin başında duran fiqurları açıqlayıb.

Bu hücumların arxasında polkovnik-leytenant İqor Baqnyukun komandanlığı altında olan bölmə dayanır. Baqnyuk və əsgərləri elektrik stansiyalarına və şəhərlərə zərbələr endirən, onlarla dinc sakinin ölümünə, yaralanmasına səbəb olan hücumları təşkil etməkdə ittiham olunurlar.

“Bellingcat” bu birliyin strukturunu deşifrə etdiyini bildirib. Bu məlumatların fonunda komanda və əmr sxemi də müəyyən edilib. Başda general-mayor Baranov, ondan sonra polkovnik Kapşuk, polkovnik- leytenant Baqnyuk, daha sonra isə polkovnik-leytenant Anton Timoşinov gəlir.

Komandanın qalan hissəsinin əksəriyyətinin 20 yaşının sonlarında olduğu və komandanın 27 nəfərdən ibarət olduğu bildirilir. Hesab edilir ki, Rusiyanın gizli saxladığı qrupda iştirak edən hər bir şəxs müəyyən tipli raket proqramlaşdıran üç hissəyə ayrılır.

“Bellingcat”ın hesabatına görə, Baqnyukun Suriyada xidmət etdiyi güman edilir və sübutlar onun bu ölkədəki raket zərbələrini də koordinasiya etdiyini göstərir.


Müəllif: Nemət

Oxşar xəbərlər