26 Oktyabr 2022 17:38
2 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya müdafiə naziri Ben Uolles SAHA EXPO 2022 Müdafiə Aerokosmik Sənayesi Sərgisi üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

Teleqraf.com xəbər verir ki, britaniyalı nazir iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair önəmli açıqlamalar verib.

Eyni zamanda, Türkiyə istehsalı pilotsuz uçuş aparatlarından (PUA) danışan Uolles deyib:

“Bayraktar”ın imkanlarını gördüm, Türkiyə müdafiə sənayesi gücünə güc qatır. Gəlib bunları görmək mənim üçün vacibdir”.

Müdafiə naziri “Eurofigter Typhoon” döyüş təyyarələrinin Türkiyəyə mümkün satışı ilə bağlı da açıqlama verib.

“Eurofigter Typhoon” layihəsinin başqa tərəfdaşlarının olduğunu söyləyən Uolles vurğulayıb:

“Bəli, Türkiyəyə döyüş təyyarələri satmağı düşünürük. Amma bu, Türkiyə Hərbi Hava Qüvvələrinin və hökumətinin qərarına bağlı məsələdir. Beynəlxalq konsorsium var: İspaniya, İtaliya və Almaniya. Ötən günlərdə cənab Akar da mənimlə görüşmüşdü”.

Uolles həmçinin vurğulayıb ki, Böyük Britaniya və Türkiyə arasında müdafiə sənayesi sahəsində çoxşaxəli əməkdaşlıq mövcuddur.

“Biz hər zaman daha çox kəşf etməyə hazırıq”, - müdafiə naziri bildirib.

Türkiyə müdafiə naziri Hulusi Akar bu yaxınlarda Britaniyaya səfərində “Eurofigter Typhoon” döyüş təyyarəsinə baxış keçirmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər