Rusiya parlamentinin aşağı palatası olan Duma uşaqlara “qeyri-ənənəvi” cinsi əlaqənin təbliğinə qoyulan qadağanın böyüklər də daxil olmaqla uzadılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Teleqraf.com xəbər verir ki, Dumanın rəsmi saytında dərc olunan qərara əsasən, tamaşaçıların yaşından asılı olmayaraq onlayn və ya oflayn mediada, internetdə, sosial şəbəkələrdə və internet üzərindən yayımlanan filmlərdə bu cür təbliğatın qadağan edilməsi qərara alınıb.
Rusiya Konstitusiyasında eynicinsli nikahları təbliğ edən bütün yayımları qadağan edən İnzibati Xətalar Məcəlləsinə görə, pedofilliyi təbliğ edənlərə 200-400 min rubl cərimə tətbiq olunacaq. Bundan əlavə, yetkinlik yaşına çatmayanlarla homoseksual əlaqəyə təşviq edənlər 50-400 min rubl məbləğində cərimələnəcəklər. Bu cür cinayətləri törədən xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər 400 min rubl məbləğində cərimə, həbs və ya 15 gün müddətinə deportasiya oluna bilər.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, birinci qanun layihəsi təsdiq edildikdən sonra ikinci qanun layihəsinə də yol açıqdır və bu cəzalar artırıla bilər.