28 Oktyabr 2022 12:50
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya lideri nüvə silahından istifadə etmək fikrində olmadığını iddia edir. Eyni zamanda o, daim nüvə silahından danışır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin nüvə silahı ilə bağlı son açıqlamalarına münasibət bildirərkən deyib.

“Düşünürəm ki, əgər niyyəti yoxdursa, niyə bu barədə danışmağa davam edir? Niyə taktiki nüvə silahından istifadənin mümkünlüyündən danışır? Bu istiqamətdə o, çox təhlükəlidi. Amma bütün bunları Ukraynanı tərk etməklə tamamlaya bilər”,- Bayden bildirib.

Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunda çıxışı zamanı deyib ki, bizə Ukraynaya nüvə zərbəsi lazım deyil, bunun mənası yoxdur – nə siyasi, nə də hərbi.


Müəllif: Nemət

Oxşar xəbərlər