28 Oktyabr 2022 22:13
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriyadakı qollarından biri “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri Mazlum Kobani ABŞ-ın Türkiyənin mümkün antiterror əməliyyatlarına qarşı olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Kobani bunun Türkiyəni dayandırmaq üçün kifayət etmədiyini də söyləyib.

Kobani Türkiyənin Suriyanın şimalında dron əməliyyatlarının bütün sürəti ilə davam etdiyini və son iki ildə bölgədə 70-dən çox əməliyyat keçirdiyini bildirib. O, türk ordusunun təkcə bu il 59 hərbi əməliyyat keçirdiyini vurğulayıb.

Kobani PKK terror təşkilatının ən böyük dəstəkçisi ABŞ-ın yardımından da danışıb:

“ABŞ hərbi əməliyyatlara qarşı olduğunu rəsmən bəyan edib. Amma düşünürük ki, bu, Türkiyəni dayandırmaq üçün kifayət deyil. Çünki Ankara bunu davam etdirmək üşün başqa vasitələrə əl atır. Ona görə də Moskva və Vaşinqtona Türkiyə ilə imzaladıqları müqavilələrə sadiq qalmağı, gərginliyin azaldılması mexanizmi və qarşılıqlı əlaqə qaydaları tətbiq etməyi tövsiyə edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər