Böyük Britaniya Covid-19-un iki yeni variantının aşkar edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Məlumatda, “Omicron” variantının bir çox alt versiyalarının yayıldığı qeyd olunub.
Açıqlamada, gələcək tədqiqatlar üçün Covid-19 virusunun “Omicron” variantının alt versiyasına “BQ.1” və “XBB” adlarının verildiyi bildirilib.
UKHSA rəsmisi Mira Çand, ““SARS-CoV-2”nin yeni variantlarının ortaya çıxması gözlənilməz deyil. “BQ.1” və “XBB” variantları narahatlıq doğuran növ kimi müəyyən edilməyib. UKHSA həmişə olduğu kimi vəziyyəti diqqətlə izləyir”, - deyə qeyd edib.
O, variantlara qarşı ən yaxşı müdafiənin Covid-19-a qarşı hazırlanmış peyvəndlər olduğunu vurğulayıb.