29 Oktyabr 2022 13:01
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Böyük Britaniya baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tim Barrou ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, telefon danışığında Türkiyə ilə Britaniya arasında siyasi-iqtisadi əlaqələr, müdafiə sənayesində əməkdaşlıq, Rusiya-Ukrayna müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesləri və regional məsələlər müzakirə edilib.

İki strateji tərəfdaş və NATO müttəfiqi olaraq Türkiyə və Britaniyanın müdafiə sənayesi başda olmaqla bir çox sahədə davam edən əməkdaşlığından məmnunluq ifadə olunub. İki ölkənin yeni əməkdaşlıq imkanlarını dəyərləndirməsi razılaşdırılıb.

Türkiyənin NATO-dakı roluna diqqət çəkilən görüşdə müttəfiqlərin birgə təhlükəsizlik risklərinə, yeni çağırışlara və bütün terror təhdidlərinə qarşı birlikdə hərəkət etmələri vurğulanıb.

Rusiya-Ukrayna müharibəsinin dərinləşməsi və atəşkəs üçün danışıqların dayandırılması ilə bağlı narahatlıq ifadə olunub. Müharibənin uzanmasının qlobal sülh və sabitliyə ciddi zərbə vura biləcəyi vurğulanıb.

Bildirilib ki, problemin Ukraynanın suverenliyi və ərazi bütövlüyü əsasında həlli üçün diplomatiya yolu açılmalı və danışıqlar yenidən canlandırılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu