Rusiya Ukrayna ilə imzalanmış “Taxıl sazişi”ndə iştirakını dayandırır.
Teleqraf.com xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
“Rusiya tərəfi Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin həyata keçirilməsində iştirakını dayandırır. Bu qərar Rusiyanın Qara dəniz donanmasına və mülki gəmilərinə qarşı bu gün Ukraynanın həyata keçirdiyi hücuma görə atılıb".
Xatırladaq ki, bu il iyulun 22-də İstanbulda Ukraynadan “taxıl dəhlizi”nin işə salınması ilə bağlı saziş imzalanıb.