Cənubi Koreya prezidenti Yoon Seok-yeol Seulda baş verən faciə ilə bağlı milli matəm elan edib.
Bunu Teleqraf.com YTN telekanalına istinadən xəbər verir.
“Ölənlərə rəhmət diləyirəm və yaralananların tezliklə sağalmasına ümid edirəm, qiymətli həyatlarını itirmişlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm...Bu gündən vəziyyətin aradan qaldırılması başa çatana qədər mən ölkədə milli matəm elan edirəm”, – Yoon Suk Yeol televiziyada çıxışı zamanı deyib.