Yaponiyanın paytaxtı Tokioda polis oktyabrın 31-də keçirilməsi nəzərdə tutulan Hellouin bayramında xoşagəlməz halların baş verməməsi üçün gücləndirilmiş iş rejiminə keçib.
Teleqraf.com xəbər verir ki, buna səbəb oktyabrın 29-da Seulda baş verən faciə olub.
Qeyd olunur ki, polis şəhərdə sıxlığın qarşısını almaq üçün sakinlərin kütləvi toplanışlarına qadağa qoyacaq.