31 Oktyabr 2022 11:05
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Fazil Mustafa 3-cü Avrasiya Hüquq Qurultayında iştirak etmək üçün noyabrın 1-də Monteneqro Respublikasının Budva şəhərinə səfər edəcək.

Milli Məclisin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbir Türkiyə Hüquq Platforması tərəfindən Türkiyə Ədliyyə Nazirliyi, Ankara Universiteti Dəniz Hüququ Milli Araşdırma Mərkəzi, Beynəlxalq Hüquqşünaslar Birliyi və Konstitusiya Hüquqşünasları Dərnəyi ilə birgə həyata keçiriləcək.

3-cü Avrasiya Hüquq Qurultayı “Dəniz hüququndakı aktual inkişaflar” mövzusuna həsr olunub. Toplantıya 40 ölkədən 300 nümayəndə qatılacaq.

Deputat Fazil Mustafa tədbirdə müzakirə olunacaq mövzu ilə bağlı öz fikirlərini açıqlayacaq.


Müəllif: Nemət

Oxşar xəbərlər