İranda 11 milyon litr qanunsuz yanacaq daşıyan xarici gəmi ələ keçirilib, kapitan və ekipaj üzvləri isə istintaq çərçivəsində saxlanılıb.
Teleqraf.com xəbər verir ki, qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan xarici gəmi Fars körfəzində aşkarlanıb.
İran mətbuatında yer alan xəbərə görə, İran İnqilab Keşikçilərinin saxladığı gəmidə 11 milyon litr qanunsuz yanacaq olub.
Gəminin hansı ölkəyə aid olduğu açıqlanmayıb.