Nyu-York bələdiyyəsi 1965-ci ildə hüquq müdafiəçisi Malkolm X-in qətlində günahlandırılan, amma sonradan bəraət alan Məhəmməd Əziz və Xəlil İslamın ailələrinə 36 milyon dollar təzminat ödəyəcək.
Teleqraf.com xəbər verir ki, 20 il həbsdə yatdıqdan sonra azadlığa buraxılan Məhəmməd Əziz iyul ayında Nyu-York polisinin günahsızlığını sübut edən dəlilləri ört-basdır etdiyi iddiası ilə məhkəmədə bələdiyyədən 40 milyon dollar təzminat tələb edib.
İddianın sonunda Nyu-York şəhər bələdiyyəsi Əziz və İslamın ailələrinə bərabər şəkildə 36 milyon dollar ödəməyə razılaşıb.
Qeyd edək ki, 1966-cı ildə ömürlük həbs cəzasına məhkum edilən Məhəmməd Əziz 1985-ci ildə, Xəlil İslam 1987-ci ildə azadlığa buraxılıb.
Qətli törətdiyini boynuna alan Tomas Hoqan isə 2010-cu ildə azadlığa çıxıb.