Ukrayna əsgərləri gün ərzində 12 yaşayış məntəqəsinin ərazilərində rus ordusunun hücumlarını dəf edib. Ruslar Donetsk və Luqansk vilayətlərində hücuma keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı "Facebook" səhifəsində məlumat yayıb.
“Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Luqansk vilayətinin Makeevka, Nevski və Beloqorivka yaşayış məntəqələrində, Verxnekamenskoe, Spornıy, Baxmut, Mayorsk, Pervomayskoe, Novomıxaylovka, Vodyanoe, Pav və və Donetsk vilayətindəki Preçistovkda rus hücumlarını dayandırıb”, - mesajda deyilir.
Bu arada, Müdafiə Qüvvələrinin aviasiyası son 24 saat ərzində düşmənə 21 dəfə zərbə endirib. Silah və hərbi texnikanın cəmləşdiyi ərazilər, eləcə də düşmənin zenit müdafiə qüvvələrinin mövqeləri vurulub. Hava Hücumundan Müdafiə qüvvələri 10 “Şahed-136” və Orlan PUA-nı vurub.
Baş Qərargahdan həmçinin bildirilib ki, Müdafiə Qoşunlarının raket qoşunları və artilleriya bölmələri düşmənin canlı qüvvə, silah və hərbi texnikanın cəmləşdiyi 5 rayonunu, 2 sursat anbarını və 3 digər mühüm hərbi obyektini darmadağın edib.