Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada Türkmənistan parlamentinin yuxarı palatasının sədri və bu ölkənin eks-prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüş keçirəcək.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Bu gün Putin və Berdiməhəmmədov arasında görüş olacaq. Prezident planlaşdırıldığı kimi Berdiməhəmmədova IV dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edəcək”, - Kremlin rəsmi nümayəndəsi bildirib.
Peskov qeyd edib ki, bu, həm Rusiya ilə Türkmənistan arasındakı münasibətlərin gələcək inkişafının yeni səviyyəyə çıxarılması, həm də bütün aktual məsələlərin müzakirəsi baxımından mühüm görüşdür.