ABŞ Ukraynaya 45 “T-72” tankının Kiyevə təhvil verilməsini nəzərdə tutan daha 400 milyon dollarlıq hərbi yardım paketi ayırıb.
Teleqraf.com xəbər verir ki, bunu brifinqdə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin rəsmisi Sabrina Sinq deyib.
O bildirib ki, nazirlik Ukraynaya təhlükəsizlik yardımı üçün təxminən 400 milyon dollar ayırıb:
“Yardım Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü (USAI) çərçivəsində həyata keçiriləcək”.