“Türkiyə Rusiya-Ukrayna müharibəsində hərbi və humanitar məsələlərin həllində mühüm rol oynayır”.
Teleqraf.com xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.
“Türkiyənin həm hərbi, həm humanitar məsələlərdə, həm də Rusiyanın Ukraynaya təcavüzünün dayandırılmasında mühüm rol oynadığına heç kim şübhə etməməlidir”, - prezident vurğulayıb.
Türkiyənin həyata keçirdiyi uğurlu diplomatik işlərə toxunan Nauseda Ankaranın Ukrayna taxılının dünyaya ixracını asanlaşdıran anlaşmalara töhfə verdiyini də söyləyib.