5 Noyabr 2022 15:45
41 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Yeddilik”lə yanaşı digər ölkələr Prezident Vladimir Putinə açıq şəkildə bildirirlər ki, nüvə silahından istənilən istifadə Rusiya və onun üçün fəlakət olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

O, Rusiya nefti üçün G7-nin razılaşdırdığı qiymətə də münasibət bildirib və qeyd edib ki, Moskva öz neftini onların müəyyən etdiyi qiymətə satmalı olacaq.

“Bu yolla biz həm də Prezident Putinin öz ciblərini doldurmaq və Ukraynaya qarşı müharibəni enerji resurslarının satışından əldə olunan gəlirlər hesabına maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq istəyirik. Bu mexanizmin faydalı olacağını düşünürük”, - Blinken vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər