7 Noyabr 2022 22:58
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci ilin oktyabr ayının son həftəsinə qədər Nyu-Yorkda 135 bank soyğunu baş verib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə yüksəkdir. Belə ki, bank soyğunlarının 42 faiz artdığı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nyu Yorkda Polis Departamenti (NYPD bildirib.

Qeyd olunub ki, Manhettendə bir bank şöbəsi mart ayından bu yana 4 dəfə silahlı hücuma məruz qalıb, şəhərin mərkəzindəki digər banklarda isə 15 oğurluğun eyni şəxs tərəfindən törədildiyi şübhəsi var.

ABŞ-da 2019-cu ildə 2440 bank oğurluğu hadisəsi baş verdiyi halda, 2021-ci ildə bu rəqəm 1724-ə düşüb. Ölkə daxilində bank soyğunlarının pik həddə çatdığı 1991-ci ildə bu rəqəmin 9388 olduğu məlumdur.

Nyu-York bələdiyyəsinin paylaşdığı statistikaya görə, şəhər mərkəzində cinayət indeksi 2022-ci ilin oktyabr ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 5,9 artıb.

2021-ci ilin oktyabr ayında şəhərdə müxtəlif kateqoriyalar üzrə 10 324 cinayət törədilibsə, 2022-ci ilin eyni dövründə bu rəqəm 10 930-a yüksəlib. Həmin dövrdə avtomobil oğurluğu 19,3 faiz, ev oğurluğu isə 8,9 faiz artıb.

NYPD statistikasına görə, sentyabr ayında cinayət nisbəti 2021-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artıb.


Müəllif: Nemət

Oxşar xəbərlər