10 Noyabr 2022 11:51
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da gərgin şəraitdə keçən aralıq seçkilərinin nəticələri gəlməkdə davam edir.

Teleqraf.com xəbər verir ki, nəticələr ABŞ Prezidenti Co Baydenin son iki ilini müəyyənləşdirəcək.

Bu, həm də keçmiş prezident Donald Trampın 2024-cü il seçkiləri üçün taleyinin açarıdır.

Seçkilərdə Konqresin iki qanadının - Nümayəndələr Palatası və Senatın tərkibi müəyyənləşəcək. Seçkilərdə Respublikaçılar Partiyasının böyük fərqlə irəli keçəcəyi gözlənilirdi, amma ilkin nəticələr belə deyil. Amma hansı partiyanın çoxluq təşkil edəcəyi hələlik naməlumdur. Nümayəndələr Palatasında Respublikaçılar öndədir, Senatda isə yarış baş-başa gedir.

435 nəfərlik Nümayəndələr Palatasında Respublikaçılar Partiyası 203-187, Demokratlar Partiyası isə 100 üzvlü Senatda 49-48 səslə irəlidədir.

Arizona və Nevada ştatlarında Senat seçkilərinin nəticələri hələlik bəlli deyil. Corciyada seçkilərin ikinci turu dekabrın 6-na qalıb. Arizonadakı demokrat namizədi və Nevadadakı respublikaçı namizədi nəzərə alsaq, balans 50-49 ola bilər.

Senatda 51 yer tutan partiya Konqresin bu palatasında çoxluğa sahib olacaq.

Nümayəndələr Palatasında 218 yerə sahib olan partiya parlament çoxluğunu qazanır. Çoxluq təşkil edən partiya bütün komitələrin sədrlərini təyin edir.

Balansların dəyişməsi Ağ Ev və Konqres arasındakı balansı müəyyən edir.

Seçkilərin nəticələri demokrat Prezident Bayden üçün çox vacibdir. Hər iki qanad Respublikaçılara keçərsə, Baydenin qanunvericiliklə bağlı hədəfləri əngəllənə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər