10 Noyabr 2022 14:25
1 568
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səbirsizliklə gözlənilən aralıq seçkilərində Respublikaçılar Partiyasının namizədi, türk əsilli siyasətçi Mehmet Özün demokrat rəqibi Con Fettermana uduzması həm ölkə mətbuatının, həm də beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.

Teleqraf.com xəbər verir ki, siyasətçinin uduzması ona dəstək verən ABŞ-ın keçmiş prezidenti Donald Trampı özündən çıxardığı iddia edilib.

Trampın Özün məğlubiyyətinə çox əsəbiləşdiyi və bir çox şəxsə qarşı buna görə ittihamlar səsləndirdiyi deyilir.

Özə dəstək olması üçün ona təzyiq edənlərə möhkəm əsəbiləşən eks-prezident xüsusilə həyat yoldaşı Melaniyaya sərt reaksiya göstərib.

“Nyu-York Tayms” qəzeti bu haqda yazır:

“Tramp bütün ölkədə, xüsusən də Pensilvaniyada respublikaçıların uğursuz çıxışından hiddətlənib. Ona Mehmet Özü dəstəkləməklə bağlı məsləhət verənləri günahlandırdığı məlum olub. Bu insanlar arasında Trampın həyat yoldaşı Melaniya da var”.

Tramp bunun Melaniyanın ən yaxşı qərarı olmadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər