Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ölkədə dövlət çevrilişi hazırlayan Rusiya vətəndaşı ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, SBU-nun məlumatında həmin şəxsin dövlət çevrilişi həyata keçirmək üçün Ukraynanın qərb bölgələrində iğtişaşlar törətməli olan ictimai-siyasi təşkilatlardan istifadə etməyi planlaşdırdığı bildirilib.
“Bu, regionda “xalq respublikaları”nın yaranmasına gətirib çıxarmalı idi”, - məlumatda deyilir.
Qeyd olunur ki, Təhlükəsizlik Xidmətinin əməkdaşları Kremlin bu planlarının qarşısını hələ yazda, adıçəkilən təşkilatların rəhbərlərini saxlayanda alıblar:
“Gərgin istintaq-əməliyyat işi nəticəsində çevriliş planının rus ideoloqunu müəyyən etmək mümkün olub. Həmin şəxs Rusiya xüsusi xidmət orqanlarına bağlıdır və Rusiya prezident administrasiyasının ayrı-ayrı nümayəndələri tərəfindən əlaqələndirilib”.
SBU qeyd edir ki, çevriliş planında Rusiyada yaşayan ukraynalı müxalifətçi Viktor Medvedçuk da yer alıb.