Rusiyanın Donetsk vilayətində hücum əməliyyatları yaxın həftələrdə intensivləşəcək, çünki ora əlavə səfərbər edilmiş qoşunlar, eləcə də Xerson vilayətinin qərb hissəsindən çıxarılan qüvvələr gətiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri xəbərdarlıq edib.
Analitiklərin hesabatına görə, bu ərazidəki Ukrayna qüvvələri ciddi təzyiq altında olacaq və Kiyev çox güman ki, öz qoşunlarını Rusiyanın bu yenilənmiş hücum əməliyyatlarından müdafiə üçün həmin əraziyə yönləndirməli olacaq:
"Vaxt keçdikcə böyük itkilər bahasına Baxmutu ələ keçirə bilsələr belə, rusların böyük uğurlar əldə etmək ehtimalı azdır. Rusiyadan səfərbər edilmiş hərbçilər özlərini kifayət qədər hazırlıqlı olmadıqlarının, zəif təchiz olunmuş və döyüşmək istəmədiklərini göstəriblər".