11 Dekabr 2014 23:21
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba inqilabının lideri Fidel Kastro Çinin Konfutsi adına Sülh mükafatına layiq görülüb. Teleqraf.com-un məlumatına görə, bu barədə “Lenta.ru” saytı "Frans-Press" agentliyinə istinadən xəbər yayıb.

16 ekspert və alimdən ibarət komissiya qalibi 20 namizəd arasından seçib. F.Kastro Koreya Respublikasının Prezidenti Pak Kın Heni və BMT-nin baş katibi Pan Gi Munu arxada qoyaraq 9 səs qazanıb.

Ekspertlər bildirirlər ki, Kuba lideri hakimiyyətdə olarkən beynəlxalq mübahisələrin həllində güc tətbiqindən qaçıb, təqaüdə çıxdıqdan sonra isə dünya liderləri və beynəlxalq təşkilatlarla fəal ünsiyyəti davam etdirib. Həmçinin komissiya F.Kastronun nüvə müharibəsinin qarşısının alınması uğrunda mübarizəyə verdiyi töhfəni nəzərə alıb.

Tez-tez “Çin Nobeli” adlandırılan Konfutsi adına Sülh mükafatı 2010-cu ildə ÇXR-də Lyu Çjitsinya adlı iş adamının təşəbbüsü ilə yaradılıb. Mükafat sülhün möhkəmləndirilməsinə görə təqdim edilir, qalib 100 min yuan (15 min dollar) məbləğində pul mükafatı alır. BMT-nin sabiq baş katibi Kofi Annan da bu mükafata layiq görülüb. 2011-ci ildə bu mükafat Rusiya Prezidenti Vladimir Putinə təqdim olunub.


Müəllif:

Oxşar xəbərlər