Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu başsağlığı mesajına görə erməni həmkarı Ararat Mirzoyana təşəkkür edib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin baş diplomatı Mirzoyanın bu barədə sosial şəbəkədəki paylaşımına elə Tvitter hesabından cavab verib.
“Başsağlığı mesajınız üçün təşəkkür edirik”, - Çavuşoğlu bildirib.
Xatırladaq ki, Ararat Mirzoyan dünən İstanbul şəhərinin mərkəzində baş vermiş terror aktı ilə bağlı Mövlud Çavuşoğluna başsağlığı vermişdi.