“Xersonun rus işğalçılarından azad edilməsi əməliyyatı sentyabrın əvvəlindən başlayıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı general Valeriy Zalujnı bəyan edib.
Komandan şəhərin azad edilməsi üçün səylərə görə Müdafiə Qüvvələrinin bölmələrinə təşəkkür edib.
“Əməliyyat sentyabrın əvvəlindən davam edib və uğurla başa çatıb. Bunun öz qiyməti var. Şəhid olan qardaş və bacılarımız önündə baş əyirik. Biz kimik və nə üçün vuruşduğumuzu bilirik. Qələbəyə doğru, birlikdə...”, - Zalujnı mesajında bildirib.