15 Noyabr 2022 10:38
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynalı astroloq Anna Karpeyeva gələcəkdə dünyanı nələrin gözlədiyi ilə bağlı proqnoz verib. Onun sözlərinə görə, keçmiş SSRİ-nin lideri İosif Stalinin ölümü zamanı baş vermiş hadisələr 2026-cı ildə təkrarlanacaq.

Teleqraf.com xəbər verir ki, astroloq 2026-2027-ci illərdə siyasi liderlərin bütün bəşəriyyət üçün kritik danışıqlarının başlayacağını bildirib.

Karpeyevanın iddiasına görə, 2024-cü ildə də bir sıra ölkələr çətinliklərlə üzləşəcək və hakimiyyətə yeni insanlar gələcək:

“2026-2027-ci illərdə qarşıdakı 60 il ərzində davam edəcək nizam formalaşacaq, yeni danışıqlar başlayacaq. 2030-cu ildə uzun müddət bir yerdə qalmağa qərar vermiş ölkələrin yeni birlikləri yaranacaq”.

Astroloq 2023-cü ildə müsəlman dünyasında uzun illər davam edən müharibənin başlayacağını iddia edib.

Karpeyeva Rusiyanın təcridinin davam edəcəyini proqnozlaşdırır.

Onun sözlərinə görə, Putin hakimiyyətdən uzaqlaşdırılsa belə, onun yerinə eyni fikirdə olan şəxs gələcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər